Ermənistan daxilində siyasi gərginliklə bərabər müharibə dövründə Dağlıq Qarabağdakı ermənilərə "yardım" adı altında yığılan milyonlarla dolların da haraya və nə məqsədlə xərclənəcəyinə dair ciddi ittihamlar səsləndirilir.
Hafta.az «İrates» qəzetinə istinadla yazır ki, müharibə getdiyi bir ay ərzində erməni diasporu tərəfindən "yardım" adı altında 130 milyon dollar vəsait toplanılıb:
"Hazırda baş nazir və ailəsinin harada olması, planlarının nədən ibarət olduğunu bilmədiyimiz bir zamanda bu qədər vəsaitin oğurlanmasının, Paşinyan və ailəsi tərəfindən əl qoyulmasının qarşısını almaq məqsədilə ciddi nəzarət tədbirləri görülməlidir.
Əgər bu ilin 9 ayı ərzində dövlət büdcəsindən Anna Akopyanın bərbərinə və saç düzümünə 39 min dollar xərclənibsə, Anna və ailə üzvülərinin ölkədən qaçmaq üçün sifətini dəyişdirmək məqsədilə plastik əməliyyata, Kanada və ya başqa bir ölkədə rahat yaşamaları üçün villaralar almağa nə qədər pul xərcləyəcəyini təsəvvür etmək mümkün deyil".